Kokpit.az xatırladır ki, britaniyalı sürücü artıq bu mövsüm Avstriyada oxşar təcrübə yaşamışdı və həmin debüt günü onun üçün xüsusi hadisə olmuşdu. İrlandiyalı sürücü Montsa kimi tarixi trasda yenidən şans qazanacağına görə həyəcanlıdır:
Aleks Dann: “Montsada sükan arxasına qayıtmaq xəbərinə çox sevindim. Avstriyada debütüm mənim üçün tamamilə unudulmaz gün olmuşdu. Montsa çox prestijli və zəngin tarixə malik trasdır, bu fürsəti səbirsizliklə gözləyirəm. Əlimdən gələni edəcəyəm ki, həm Lando, həm də Oskar üçün faydalı olum”.
F2-də Rodin Motorsport komandasının heyətində mübarizə aparan Dann 2025-ci ildə seriyada debüt edib. Onun aktivində artıq 2 qələbə və 4 podium var. İlk 10 mərhələdən sonra o, çempionatda 5-ci yeri tutur və hələ də titul uğrunda mübarizə aparmaq şansını saxlayır.
İrlandiyalı gənc sürücü üçün Montsa həm Formula 2, həm də Formula 1 karyerasında vacib bir həftəsonu olacaq.
Şərh əlavə et