Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Zandfortdakı Niderland Qran Prisində xal zonasına düşməyi bacarıb. Red Bull komandasının pilotu finiş xəttini 9-cu pillədə keçib.
Yuki Tsunoda bildirib ki, yarış onun üçün asan olmayıb: “Çox dəlisov yarış idi. Əvvəlcə təhlükəsizlik maşını ən uyğun olmayan anda trasda göründü, son hissədə isə güc qurğusunda ciddi güc itkisi problemi yarandı. Mən isə yalnız konsentrasiyanı qorumağa, vəziyyətə uyğunlaşmağa və xal qazanmağa çalışdım. Nəticədə buna nail oldum”.
23 yaşlı pilot nəticədən razı qaldığını vurğulayıb: “Ümumilikdə, 9-cu yer məni qane edir. İlk onluqda finiş mənə inam verir. Son üç yarışda komanda bütün son yenilikləri mənim ixtiyarıma verib və inkişaf açıq-aşkar hiss olunur”.
Sonda Yuki Tsunoda podiuma yüksələn Ayzek Hacarı təbrik edib: “Ayzeq və Racing Bulls komandasını podium münasibəti ilə təbrik edirəm. Onlar üçün bu nəticənin nə qədər önəmli olduğunu yaxşı bilirəm”.
Şərh əlavə et