Bu addım məntiqli görünür, çünki Pirelli həm də İtaliya Qran Prisinin titul sponsoru olacaq və bazar günü yarışın qalibi və mükafatçılara təqdim ediləcək kuboklara da məhz şirkət cavabdehdir.
Bugün Pirelli həmin kubokları təqdim edib. Onların hazırlanması müasir İtaliya incəsənətinin tanınmış ustadlarından biri sayılan Niko Vaskelyariyə həvalə olunub. O, təkcə qrafika və heykəltəraşlıq əsərləri ilə deyil, həm də səs üzərində eksperimentləri ilə məşhurdur.
Paylaşılan şəkillərdə kubokların müəllifin “Ximera” obrazını özünəməxsus şəkildə təsvir etdiyi görünür. Qədim yunan mifologiyasında Ximera od püskürən, ölümsüz məxluq kimi tanınır: aslan başı və boynu, keçi bədəni və ilan quyruğu ilə. İlk dəfə onun adı Homerin “İliada” əsərində çəkilib.
Doğrudur, “ximera” sözünün rəmzi mənası daha geniş yayılıb və çox vaxt xəyali, əlçatmaz arzuları ifadə edir. Niyə Pirelli məhz bu obrazı seçib – demək çətindir, amma bir şey dəqiqdir: kuboklar olduqca orijinal görünür və müəllifin fərdi üslubu açıq şəkildə hiss olunur.
Şərh əlavə et