Mövsümün sonuna doqquz mərhələ qalıb, Oskar fərdi hesabda Lando Norrisdən 34 xal öndədir, amma Vebber Piastrinin titulunu vaxtından əvvəl bayram etməməyə çağırır.
Mark Vebber: “Mən tez-tez Oskar barədə müsahibə vermirəm, amma bu gün Avstraliya avtosportu üçün böyük gündür. Daniel Rikkardo qələbələr qazanıb, Cek Brabham, Alan Cons da elə, indi isə Oskar karyerasının erkən mərhələsində uğur əldə edir. O çox işləyib və nəticəyə layiq olub, amma komandası da əla işləyib.
Mən çox sevinirəm. Biz tez-tez bir-birimizlə zarafat edirik və indi onun da mənim qədər qələbəsi var. Buna görə çox xoşbəxtəm. Ümid edirəm ki, o, bu ruhda davam edəcək.
Titula gəlincə isə, hələ uzun yol var. Bizi Braziliyadakı yarış gözləyir, orada yağış yağa bilər, Sinqapur və Azərbaycandakı şəhər traslarında isə hər şey baş verə bilər.
Əlbəttə, kriketdə deyildiyi kimi, lövhədə xalın olması olmamasından yaxşıdır. O, hər dəfə fürsət olduqda xal qazanmalıdır. Bu il Oskar bir neçə dəfə xal itirib, amma onun günahından olmayıb.”
Şərh əlavə et