Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: 2023-ə qayıtmaq istərdim

Niderlandlı sürücü 2023-cü ildə demək olar ki, bütün rekordları qırıb. O açıqlayıb ki, əgər Formula 1 karyerasından hansısa anı yenidən yaşamaq imkanı verilsəydi, yəqin ki, 2023-ə qayıdardı.

Ferstappenin 2023-cü il mövsümü rəsmi olaraq F1 tarixində ən dominant mövsüm olub – niderlandlı pilot üçüncü sürücülər tituluna doğru gedərkən rekord sayılan 575 xal toplayıb. O, baş tutan 22 yarışdan 19-da qələbə qazanıb, bu da həmin il əldə etdiyi başqa bir rekord olub.

Red Bull da bir mövsümdə ən çox qələbə və xal toplama rekordlarını qırıb, amma McLaren bu il Milton Keynesdə yerləşən komandanın etdiyini üstələyə bilər. Həmin il Ferstappen RB21 maşınını sürüb ki, bu, avtoidmanın zirvəsində ən yaxşı bolidlərdən biri kimi yadda qalacaq.

27 yaşlı pilot həmin mövsümdə titulu çox rahatlıqla qazanıb, amma açıqlayıb ki, bu uğurun hər anından həqiqətən zövq ala bilməyib. Elə buna görə də o mövsümü yenidən yaşamaq istədiyini deyib.

Red Bull-un F1 YouTube kanalında Maksdan soruşublar ki, “hansısa anı yenidən yaşamaq istərdi?” O cavab verib: “Bəli, istərdim. Yəqin ki, 2023-dəki bəzi anları yenidən yaşamaq istəyərdim, bacardıqlarımızı bir az da artıq qiymətləndirmək üçün. Çünki o vaxt həmişə deyirdim ki, diqqətli olmalıyam. Həmişə həmin həftəyə və qələbə qazanmağa fokuslanırdım, sonra da növbəti yarışa gedirdim.

Beləliklə, əslində, sadəcə siyahıdan qutuları işarələyirdim, amma o anı tam qəbul edib zövq almırdım. Məncə, bunu yalnız o qədər qalib gəlməyi dayandıranda tam dərk edirsən. Əlbəttə, bu inanılmaz idi, amma eyni zamanda istədiyin qədər də zövq almırsan. Bu sadəcə belədir.

Amma əgər imkanım olsaydı, yəqin ki, bir az geri qayıdardım və yaşananları daha çox qiymətləndirməyə çalışardım. Hətta bazar günü yarışdan sonra və ya başqa vaxt – fərqi yoxdur, sadəcə bir az daha çox içinə çəkib dərindən yaşamaq üçün”.

Elçin Zodorov

Şərh əlavə et