Apple şirkəti 9 sentyabrda keçirəcəyi təqdimata hazırlaşarkən, iPhone 17 seriyasına aid olduğu deyilən yeni görüntüləri internetdə yayılıb. Urban Armor Gear (UAG) markasına məxsus telefon örtükləri həm iPhone 17 Air, həm də Pro modellərinin dizaynı barədə mühüm detalları üzə çıxarıb.
Air modelində tək kamera
Sızdırılan görüntülərdə iPhone 17 Air-in arxa panelində yalnız bir ədəd kamera olduğu görünür. Kamera modulu isə kapsul formasında dizayn edilib və bu da “Pixel” telefonlarını xatırladır. Bundan əlavə, örtükdəki xüsusi kəsiklər Kamera İdarəetmə və Action düymələrinin bu modeldə yer alacağını təsdiqləyir.
Pro modellərində böyüdülmüş kamera adası
iPhone 17 Pro və Pro Max modellərində isə ən böyük dəyişiklik kamera modulunda özünü göstərir. Yenidən dizayn edilən və daha iri ölçüyə sahib kamera adası, seriyanın iPhone 16 ilə müqayisədə daha köklü dizayn yeniliyi ilə gələcəyini ortaya qoyur. Bu modellərdə də Action Button və Kamera İdarəetmə düyməsi üçün kəsiklər mövcuddur.
Tədbirdə yeni əməliyyat sistemləri də təqdim ediləcək
Apple-ın 9 sentyabrda baş tutacaq tədbirində yalnız iPhone 17 seriyası deyil, həm də iOS 26, iPadOS 26, watchOS 26, tvOS 26 və macOS Tahoe 26 əməliyyat sistemlərinin stabil versiyaları da təqdim ediləcək. Tədbir Cupertino şəhərindəki Apple Parkda, Stiv Cobs Teatrında Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Şərh əlavə et