Lakin Mercedes rəhbəri əlavə edib ki, Rassell ilə müqavilə hələ imzalanmayıb, çünki tərəflər bütün şərtləri hələ razılaşdırmayıblar.
Toto Volff: “Mən həmişə demişəm ki, bizim sürücü heyətimizlə bağlı gurultulu xəbərlər olmayacaq. Əlbəttə, hər iki pilotumuzla əməkdaşlığı davam etdirəcəyik.
Bizə hələ Corcun müqaviləsində bəzi məqamları razılaşdırmaq lazımdı, çünki səfərləri və marketinq tədbirlərində iştirakı optimallaşdırmaq istəyirik. Razılaşdırmaq gərəkdir ki, Corc reklam tədbirlərinə neçə gün sərf edəcək. O artıq təcrübəli pilotdur və bu məsələləri müzakirə etmək önəmlidir.
Biz çalışırıq ki, pilotlar maksimum nəticə göstərsinlər və onları marketinq tədbirləri və mətbuatla ünsiyyətlə yükləmək istəmirik, ona görə də indi bütün bu planları yenidən qururuq.”
Mercedes rəhbəri əlavə edib ki, Montsada müqavilələrin rəsmi təsdiqini gözləməyə dəyməz: “Montsada açıqlama verəcəyikmi? Yox. Amma mən düşünmürəm ki, bizim tərəfdən hansısa gurultulu bəyanat olacaq. Müqaviləyə imzalar atanda sadəcə bu barədə məlumat verəcəyik.”
Şərh əlavə et