Zandfort Qran Prisində Lando Norris ikinci gedərkən və liderlik uğrunda mübarizə apararkən yarışdan kənar qalıb. Əvvəlcə problem güc qurğusu və ya yağ sızması ilə əlaqələndirilirdi, lakin McLaren komandasının rəhbəri Andrea Stella məsələni başqa səbəblə izah edib.
Andrea Stella: “Maşına baxış zamanı şassidə problem aşkar etdik və Montsadakı həftəsonu başlamazdan əvvəl tam yoxlama aparacağıq ki, oxşar nasazlıq təkrarlanmasın.
Etibarlılıq uzun müddət McLaren-in güclü tərəfi olub, bu isə bizim ilk texniki problemimizdir. Təəssüf ki, bu dəfə nasazlıq Lando üçün yarışı bitirdi. Nəticələr çıxaracağıq və belə halların bir daha baş verməməsi üçün hər şeyi edəcəyik”.
Şərh əlavə et