Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: Hard təkər yaxşı işlədi

Pirelli Motorsport-um rəhbəri Mario İzola Niderland Qran Prisindən sonra açıqlama verib.

Kokpit.az xatırladır ki, bu yarış italiyalı təkər istehsalçısı üçün Formula 1-də 500-cü mərhələ olub.

Mario İzola: “İlkin proqnozlara baxmayaraq, Niderland Qran Prisi sonadək gərgin keçdi. Çoxsaylı qəzalar və təhlükəsizlik maşınının trasda olması finişi dramatik etdi. Oskar Piastri qələbəni təkcə güclü maşına görə yox, həm də kritik məqamlarda – xüsusilə üç restart zamanı – ideal hərəkət etdiyi üçün qazandı.

Təkərlərə gəldikdə isə, həftəsonunun ən pozitiv nəticəsi ondan ibarət oldu ki, ötən illə müqayisədə daha yumşaq tərkiblər gətirməyimizə baxmayaraq, hamısı yarışda rəqabətədavamlı oldu. Bu, hər tərkiblə gedilən məsafədə aydın görünürdü.

Hard əsas işi gördü – uzun məsafələrdə effektivliyi yüksək idi. Məsələn, Haas sürücüləri məsafənin üçdə ikisini Hard ilə qət etdilər. Yarışda Hard təkərlər məşqlərlə müqayisədə daha yaxşı təsir bağışladı və restartlardan sonra sürücülər dərhal hücuma keçə bildilər. Üstəlik, McLaren və Aston Martin sürücülərinin hərəsi iki dəsti yarış üçün saxlamışdı və bundan maksimum faydalandılar.

Medium və Soft isə təxminən eyni sürət göstərdi ki, bu da daha yumşaq tərkib üçün çox önəmli göstəricidir.

İndi isə biz Montsaya – ev yarışımıza yollanırıq. Bu gün qeyd etdiyimiz 500-cü Qran Pri bizi Formula 1 tarixində ən çox yarışda iştirak etmiş təkər tədarükçüsünə çevirir. Bu, bizim üçün qürur, ehtiras, peşəkarlıq və 1950-ci illərdən bəri Pirelli-də çalışan yüzlərlə insanın fədakarlığının nəticəsidir. Montsada isə yeni hesabı açacağıq!”

Rauf Hacıyev

Şərh əlavə et