Lando Norris Zandfort Qran Prisində güclü temp nümayiş etdirməsinə baxmayaraq, finişə az qalmış etibarsızlıq probleminə görə mübarizəni yarımçıq dayandırmaq məcburiyyətində qalıb:
Lando Norris: “Tempim var idi, sürətli gedirdim, amma bu trasda ötmə demək olar ki, mümkün deyil. Yarış pis getmirdi, əsas ümidim ikinci yerdə qalmaq idi. Buna görə də Oskardan cəmi 1.5 saniyə geri olduğum üçün özümü rahat hiss edirdim.
Kənardan baxanda görünməsə də, əslində çox yaxşı işləyirdik. Burada çirkli havada qalmaq çox böyük rol oynayır və başqa maşının arxasında gedəndə təkərlərl və onların temperaturu ilə daimi problemlər yaşayırdım.
Amma indi bunun heç bir əhəmiyyəti yoxdur. Komanda yoldaşımı keçə bilmədim. Oskar mükəmməl yarışdı və qələbəyə tamamilə layiqdir. Mənim həftəsonum isə bir qədər uğursuz alındı: şənbə günü poul uğrunda mübarizədə bəxtim gətirmədi, bu gün də eyni hal oldu. Amma həyat belədir. İrəliyə baxmaq və mübarizəni davam etdirmək lazımdır.
Əlbəttə, çox məyusam, çünki xeyli xal itirdim. İkinci yer 18 xal idi, amma mən sıfır xalla qayıdıram. Halbuki qələbə uğrunda mübarizə aparmağı düşünürdüm. Əgər bu imkanı əldə etmişdimsə, deməli, pis iş görməmişəm. Ona görə də pozitiv tərəfləri yadda saxlamaq lazımdır.
Hər şeyi təhlil edəcəyəm və növbəti yarışlarda toparlanmağa çalışacağam. Rəqiblərim güclüdür, asan olmayacaq, amma əlimdən gələni edəcəyimə söz verirəm. İndi isə sadəcə evə qayıdıb bir burger yemək istəyirəm”.
Şərh əlavə et