Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Gözlənilməz oldu

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Niderland yarışındakı qəzaya baxmayaraq, özünü yaxşı hiss edir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü  Zandfort yarışında yaxşı tempdə getsə də, yarışın ortasında qəza edərək mübarizəni yarımçıq dayandırıb:

Lyuis Həmilton: “Yarışın o anında xüsusi olaraq “undercut” etmək istəmirdim. Sadəcə komandaya demək istəyirdim ki, hansısa məqamda bunu sınaya bilərik. Amma həmin vaxt təkərlərim yaxşı vəziyyətdə idi və trasda qalmaq istəyirdim.

Hadisə isə tam gözlənilməz oldu. Bankinqdə maşının arxa hissəsinə nəzarəti itirdim və bununla da hər şey bitdi. Çalışdım ki, vəziyyəti xilas edim, amma alınmadı.

Komandaya görə çox üzgünəm, çünki bu gün onlar üçün xal qazanmaq istəyirdim. Özümü önümüzdəki maşınlarla eyni tempdə hiss edirdim və yarışda yerlər qazanacağıma ümid edirdim.

Ümumilikdə həftəsonu pis keçmədi. Hesab edirəm ki, həm maşınla, həm də öz yanaşmamla bağlı irəliləyiş əldə etmişik. Xalsız ayrılmaq çox ağırdır, amma psixoloji cəhətdən özümü yaxşı hiss edirəm. Çoxlu pozitiv məqam var idi və rəqiblərlə mübarizədə inkişaf etmişəm.

Belə nəticəni qəbul etmək çətindir. Mən artıq illərlə buradayam, çox yarışmışam. Mənimlə bağlı belə hadisələri barmaqla ilə saymaq olar”.

Rauf Hacıyev

Şərh əlavə et