Xəbəri Kokpitdə Oxuyun!

Ferrari araşdırma aparacaq

Ferrari komandasının rəhbəri Freerik Vassyör, Niderland yarışında qəzaya düşərək mübarizəni vaxtından əvvəl başa vuran Lyuis Hamiltonu müdafiə edib və SF-25-də qəza ilə bağlı hər hansı texniki problem olub-olmadığını araşdıracaqlarını bildirib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Zandfortda keçirilən yarışın 3-cü döngəsində baryerlərə çırpılıb və bolidi ciddi formada zədələnib. Bununla da yeddiqat Dünya Çempionu  mübarizəni davam etdirə bilməyib.

Yarışdan sonra açıqlama verən Frederik Vassyör sürücüsünün performansını yüksək qiymətləndirib: “Performansı çox yaxşı idi. Qəza bir az xüsusi vəziyyətdə oldu, çünki o an tras nəm idi. Maşında problem olub-olmadığını yoxlayacağıq, amma məncə, səbəb bu deyildi. Ümumilikdə Lyuisin reaksiyası yaxşı idi, tempə uyğunlaşmışdı və Şarl ilə eyni səviyyədə idi”.

Komanda rəhbəri həmçinin Həmiltonun psixoloji vəziyyətinə də toxunub: “Cümə axşamı bir az səssiz idi, çünki tətildən əvvəlki  iki çətin yarış keçirmişdi. Cümə günü isə daha çox maşınla bağlı idi. Onun gördüyü işdən tamamilə razıyam. Yarışda da tempi yaxşı idi. Qəza etdi, amma ümumi olaraq böyük töhfə verdi”.

Frederik Vassyör britaniyalı pilotun son yarışlardakı inkişafını da vurğulayıb: “Monakodan sonra sıralanma tempi yaxşı idi. Daha sonra Kanada, Silverstoun, Avstriya – hamısında inkişaf etdik. Tətil ərəfəsində son iki yarış çətin keçdi, amma son sessiyada Şarldan cəmi 0.1 saniyə geridə idi. Sakit qalmaq və mövsümü ümumi mənzərə ilə qiymətləndirmək lazımdır”.

Fransalı rəhbər Həmiltonun müsbət istiqamətdə addımladığını da bildirib: “Əslində, yarışdan sonra son dörd-beş həftədə olduğundan daha pozitiv idi. Rassellə mübarizə apararkən yaxşı temp tutmuşdu. Məncə, bu həftəsonundan çox şey öyrənə bilər və Montsa üçün inam qazana bilər”.

Rauf Hacıyev

Şərh əlavə et