Ərazidə yerləşən velosiped zolaqları isə işlək olacaq.
Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər nəzərdə tutulur.
Sürücülərdən və piyadalardan hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Bakı Şəhər Halqası sakinlərin göstərdiyi anlayışa görə öncədən təşəkkürünü bildirir.
Şərh əlavə et