Xəbəri Kokpitdə Oxuyun!

Zandfortda havanın necə olacağı açıqlanıb

Niderland Qran Prisi üçün hava proqnozları yarış həftəsonunda dəyişkən hava şəraiti göstərir.

Kokpit.az xəbər verir ki, cümə və şənbə günləri Zandfortda yağış ehtimalı var, hava 21°С-yə qədər isinəcək, güclü cənub küləyi əsəcək.

Bazar günü gündüz təxminən 20°С hərarət gözlənilir, külək daha da güclənəcək, yağıntı ehtimalı isə hazırda 24% olaraq qiymətləndirilir.

Ötən il birinci və üçüncü məşq sessiyaları qismən quruyan trasda keçmişdi, digər sessiyalarda isə hava tam quru olmuşdu.

Elçin Zodorov

Şərh əlavə et