Macarıstanda baş tutan son yarışda Lando Norris ilk dövrənin sonunda komanda yoldaşı Oskar Piastrinin arxasında olsa da, fərqli strategiya sayəsində qələbə qazanmışdı. Zandfort Qran Prisi ərəfəsində isə çempionatın lideri olan Piastri, McLaren-in niyə hər iki pilotu eyni strategiyaya keçirmədiyini izah edib.
Oscar Piastri: “Macarıstandakı yarışdan sonra strategiyanı komanda ilə müzakirə etdik. Sadə dillə desək, bu, elə hallardan biri idi ki, mövqe çox vacib olan trasda arxada olan sürücü daha az itki verir. McLaren-in bu üstünlüyü ‘neytrallaşdırıb’ hər iki sürücünü eyni strategiyaya keçirməsi ədalətsiz olardı.
Bəzən yarışda elə situasiyalar yaranır ki, dəstənin arxasında olan maşın daha az itki hesabına daha yaxşı vəziyyətə düşür. Belə anlar həmişə olacaq və bu üstünlüyü yalnız hər iki sürücü eyni strategiyada olsun deyə ləğv etmək düzgün deyil.
Biz komanda ilə bu mövzuda çox məhsuldar müzakirələr apardıq. Hətta mən və Lando gələcəkdə istəsək, alternativ strategiyalar seçə biləcəyik. Komanda ilə gələcəkdə belə situasiyalarda necə davranmalı olduğumuzu da danışdıq, çünki çempionluq uğrunda mübarizə apararkən bütün mümkün strategiyaları öncədən nəzərə almaq çox çətindir”.
Şərh əlavə et