Xəbəri Kokpitdə Oxuyun!

McLaren tempini qorumağı hədəfləyir

McLaren komandası mövsümün ilk yarısında 14 yarışdan 11-ində qalib gəlib. Sürücülər Çempionatında Oskar Piastri komanda yoldaşı Lando Norrisi 9 xal qabaqlayır. Mühəndislər Kubokunda isə McLaren açıq formada liderdir.

Ötən il Lando Norris Zandfortda qalib gəlmişdi və bu dəfə də birinci yeri hədəfləyir. Onun komanda yoldaşı və çempionatın lideri Oskar Piastri isə Niderland Qran Prisini qazanmaq əzmini gizlətmir.

Lando Norris: “İki həftəlik fasilədən sonra trasda olmağa şadam. Özümü tam dincəlmiş və mövsümün ikinci yarısında güclü çıxış etməyə hazır hiss edirəm.

Niderland Qran Prisində atmosfer həmişə möhtəşəmdir. Ötənilki yarış mənim üçün xüsusi idi, buna görə geri dönmək çox xoşdur. Biz rəqabətədavamlıyıq və qaldığımız yerdən davam etməyə hazırıq. Əminəm ki, yenidən ön sıralarda mübarizə aparacağam”.

Oscar Piastri: “Qısa fasilədən və intensiv məşqlərdən sonra özümü tam güclü və motivasiyalı hiss edirəm. Mövsümün ikinci yarısına hazıram və yeni qələbələr uğrunda mübarizəni səbirsizliklə gözləyirəm.

Mövsümün ilk yarısı gözlənildiyindən də yaxşı keçdi. Komanda möhtəşəm maşın hazırladı və çempionatda lider olmaq əladır. İndi qarşıdakı çətinliklərə hazıram”.

Andrea Stella, komanda rəhbəri: “İkihəftəlik yay fasiləsindən sonra Avropada son iki mərhələ bizi gözləyir. Niderland Qran Prisi sürətli trası ilə texniki baxımdan müəyyən çətinliklər yaradır və ön sıralarda rəqabət çox güclü olacaq.

Azarkeşlərin yaratdığı xüsusi atmosferi görmək isə həmişə motivasiya verir. Qarşıda mövsümün ən gərgin hissəsi, yəni son on yarış var. Komanda diqqətini qoruyur və ilk yarıda başladığı işi eyni intensivliklə davam etdirəcək. Məqsədimiz sabit nəticələr göstərməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et