Xəbəri Kokpitdə Oxuyun!

Keçmiş pilotdan Ferstappenə xəbərdarlıq

Maks Ferstappenə Zandfortdakı ev yarışından sonra Red Bull üçün “uğursuz” traslarla üzləşəcəyinə dair Colyon Palmer tərəfindən xəbərdar edilib.

Keçmiş Renault pilotu hesab edir ki, Niderland Qran Prisi dördqat dünya çempionu üçün yaxın yarışlarda yaxşı nəticə qazanmaq baxımından ən yaxşı fürsət olacaq.

Palmer 27 yaşlı sürücünün Lando Norris və Oskar Piastrinin McLaren-lərinə ciddi rəqib olmağa gücü çatacağını gözləmir, amma düşünür ki, Kanada Qran Prisindən bəri ilk podiumunu qazanmaq uğrunda mübarizə aparacaq.

97 xal fərqlə sürücülər çempionatının lideri Piastridən geri qalan Ferstappenin mövsümün sonuna qədər titulunu itirəcəyi demək olar ki, dəqiqdir.

Palmer fikrini belə izah edib: “Maşının aşağı sürətli döngələrdə performansı yaxşı deyil. Onlar sürətli trasları sevirlər, Zandfort isə bir az ortadadır: həm axıcı sürətli döngələri var, həm də incə, mürəkkəb hissələri. Amma Maks üçün ev dəstəyi ilə bu, yaxın yarışlarda ən əlverişli trasdır. Mən gözləyirəm ki, o, podium uğrunda mübarizə aparacaq, amma düşünmürəm ki, bu dəfə McLaren-lərə qarşı yetərli olsun”.

Elçin Zodorov

Şərh əlavə et