Formula 1-də Mühəndislər Kubokunda sonuncu yerdə qərarlaşan Alpine komandası Zandfort mərhələsində uğurlu nəticə qazanmağı hədəfləyir.
Pyer Qasli: “Yay tətilindən razı qaldım. Portuqaliyada ailəmlə, dostlarımla və itimlə vaxt keçirdim, bir az dincəldim və fikrimi yayındırdım. Bu fasilə bizə lazım idi, çünki mövsüm asan keçmirdi. İndi motivasiyalıyıq və daha yaxşı əhval-ruhiyyə ilə ikinci hissəyə başlayırıq. Zandfort mənim çox sevdiyim traslardan biridir. Köhnə üslubda, dar, amma sürətli döngələri var. Keçən il burada Alpine ilə ilk podiumuma çıxmışdım. Bu həftəsonu da yaxşı nəticə üçün mübarizə aparmağa hazıram”.
Franko Kolapinto: “Mən də yay fasiləsini ailəmlə və dostlarımla Aralıq dənizi sahillərində keçirdim. Bununla yanaşı, məşqlərlə formamı qorudum və mövsümün ikinci yarısına hazıram. Alpine mövsüm ərzində çox çalışdı və hər kəs qısa bir fasiləyə layiq idi. İndi bizi iki Avropa yarışı və ardınca Avropadan kənarda bir neçə mərhələ gözləyir. Zandfort mənim üçün xüsusi trasdır, çünki gənclik illərimin çoxunu Niderland komandalarında keçirmişəm. Üstəlik, bu həftəsonu Formula 1-də debütümün ildönümüdür. Çətinliklər və uğurlar məni inkişaf etdirdi. Hava dəyişkən olacaq, amma hər fürsəti dəyərləndirib yaxşı nəticə qazanmağa çalışacağıq”.
Şərh əlavə et