Xəbəri Kokpitdə Oxuyun!

Mercedes yenilikləri saxlayır

Niderland Qran Prisindən əvvəl Mercedes komandasının rəhbəri Toto Volf komandanın hədəflərindən danışıb və cari mövsüm üçün W16 bolidində yeniliklərin artıq yekunlaşdığını təsdiqləyib.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” mövsümün ilk yarısından sonra Ferrari ilə ikinci yer uğrunda mübarizə aparır.

Toto Volf: “Bu həftəsonu Zandfortda trasa qayıtmağa hazırıq. Artıq yalnız mövsümün deyil, həm də hazırkı reqlamentin son mərhələsinə daxil oluruq. Məqsədimiz mövsümü güclü nəticələrlə başa vurmaqdır.

Qarşıda bizi on gərgin yarış gözləyir. Biz Konstruktorlar Kubokunda ikinci yer uğrunda mübarizəni davam etdirəcəyik, eyni zamanda diqqətimizi 2026-cı ilə yönəldəcəyik. Komanda indiki maşına artıq ciddi dəyişikliklər etməyəcək, lakin Macarıstanda əldə olunan irəliləyiş bizim üçün yaxşı baza oldu.

Həmçinin, bu həftəsonu F1 Academy-də Doriyan Pin yenidən trasda olacaq. O, çempionatda liderdir və biz də onu mövsümün son üç mərhələsində titul uğrunda mübarizədə dəstəkləyəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et