Bu əməkdaşlığın qeyd olunması üçün Niderland Qran Prisindən əvvəl Amsterdamda azarkeşlər üçün xüsusi tədbir keçiriləcək. Orada komandanın əsas pilotları Lando Norris və Oskar Piastri azarkeşlərlə görüşəcək, həmçinin canlı musiqi ifaları və müxtəlif şoular təqdim olunacaq.
Zak Brown, McLaren Racing-in baş direktoru: “Bizim üçün möhtəşəm azarkeşlərimiz çox önəmlidir. Buna görə də Mastercard ilə yeni tərəfdaşlığımızı məhz bu istiqamətdə qurduğumuz üçün çox sevincliyəm. Məqsədimiz fanatları komandamıza daha da yaxınlaşdırmaqdır.
Mastercard bizim dəyərlərimizi və ehtirasımızı bölüşən fantastik tərəfdaşdır. Onların titul sponsor kimi dəstəyi bizə həm trasda, həm də trasdan kənarda irəliləmək üçün ideal platforma yaradacaq”.
Şərh əlavə et