Yay fasiləsindən sonra Formula 1 mövsümü yenidən start götürür və həm Ferstappen, həm də komanda yoldaşı Yuki Tsunoda, Zandfort trasında yağışlı hava səbəbindən həftəsonunun çətin keçəcəyini düşünürlər.
Maks Ferstappen: “Yay tətili möhtəşəm keçdi. Dincəldim, ailəmlə və dostlarımla vaxt keçirdim. Enerji toplamaq yaxşı oldu. İndi isə tətil sonrası ilk yarış üçün Zanforta gedirik. Öz ölkəmdə yarışmaq mənim üçün həmişə xüsusi bir hissdir. Buradakı ab-hava inanılmazdır və komanda hər zaman böyük dəstək görür. Tribunalardakı narıncı rəngləri görmək yarış zamanı heyrətamiz hissdir və bunu səbirsizliklə gözləyirəm.
Bu xüsusi yarış üçün üzərində aslan təsviri olan narıncı dəbilqə, xüsusi papaq və yarış ayaqqabıları istifadə edəcəyəm. Zandfort köhnə üslubda olan trasdır, özünəməxsus quruluşu var və bir çox sürətli döngələrə malikdir. Çətin yarış olacaq, üstəlik hava şəraiti də işləri daha mürəkkəbləşdirə bilər. Nəticənin necə olacağını görəcəyik”.
Komanda yoldaşı Yuki Tsunoda isə bunları deyib:
“Yay tətilim çox gözəl keçdi, dincəldim, dostlarımla vaxt keçirdim, dadlı yeməklər daddım və ən əsası, çoxlu məşq etdim. Bu da mövsümün ikinci yarısına həm zehni, həm də fiziki cəhətdən güclü girməyim deməkdir.
Zandfortdakı həftəsonu hər kəs üçün çətin olacaq. Bu trasda hava daim problemli olur, bu dəfə də yağış gözlənilir. Yağış və külək birləşəndə trasda vəziyyət tamamilə təxminedilməz hala gələ bilər. Amma biz çox çalışaraq, həftəsonunu stabil və güclü keçirməyə çalışacağıq”.
Şərh əlavə et