Xəbəri Kokpitdə Oxuyun!

Hacar: Çətin olacaq

Mövsümün ilk yarısını qənaətbəxş keçirən Racing Bulls komandası ikinci yarıya yaxşı başlamaq istəyir.

Racing Bulls komandası Niderland Qran Prisindən əvvəl ümidlidir. dəyişkən hava proqnozu gözlənilsə də, sürücülər xal uğrunda mübarizə aparmaq niyyətindədirlər.

Ayzek Hacar: “Bir neçə həftəlik yay fasiləsindən sonra yarışlara qayıtmaqdan məmnunam. Zandfort trasını çox sevirəm və orada Formula 1 bolidini sürmək üçün səbirsizlənirəm.

Son yarışlarda tempimizi artırmışdıq, baxmayaraq ki, xal qazana bilmədim. Görünür, bu həftəsonu hava dəyişkən olacaq və belə şəraitdə hamıya çətin olacaq. Qarşıda hələ 10 yarış var və biz onlarda bütün gücümüzü göstərməyə hazırıq. Mən də mübarizəyə qayıdıb xal qazanmaq istəyirəm”.

Liam Louson: “Bir neçə həftəlik fasilədən sonra özümü yaxşı dincəlmiş və yarışlara hazır hiss edirəm. Zandforta yollanmaqdan şadam, çünki bir neçə il əvvəl Formula 1-də debütümü məhz burada etmişdim.

Bilirəm ki, bu, mürəkkəb trasdır. Proqnoza görə hava şəraiti də asan olmayacaq, amma mən mübarizəyə qayıtmaqdan məmnunam. Mövsümün ilk hissəsini pis keçirmədik və indi mövsümü yaxşı nəticələrlə başa vurmaq istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et