Xəbəri Kokpitdə Oxuyun!

Cadillac tezliklə heyətini açıqlayacaq?

Gələn il Formula 1-də 11-ci komanda oladaq debüt etməyə hazırlaşan Cadillac komandası tezliklə sürücü heyətini açıqlaya bilər.

Komandanın sosial şəbəkə hesablarında paylaşımlar nadir hallarda görünür – təxminən ayda bir dəfə. Amma bu gün yayımlanan 10 saniyəlik video izləyicilərin diqqətini çəkib.

Kadrda yalnız mühərrik səsi fonunda tipik radio dialoqu eşidilir: “Rabitə yoxlanışı: necə eşidirsiniz?..”

Cavab isə videoda yoxdur. Onun əvəzinə yazılı şərh əlavə olunub:  “Mesaj qəbul olundu. Növbəti efir çox yaxındadır”.

Bu isə Cadillac F1-in yaxın günlərdə böyük xəbər paylaşmağa hazırlaşdığına işarə edir.

Üstəlik, hazırda Valtteri Bottas Nyu-Yorkdadır və onun sosial şəbəkədə yerləşdirdiyi şəkil də açıq-aşkar Cadillac-la bağlı yumorlu ipucu daşıyır.

Çox güman ki, sirr artıq çox tezliklə açılacaq… 

Rauf Hacıyev

Şərh əlavə et