Kokpit.az xatırladır ki, burada yarışçılar virtual Phoenix Speedway trasında üç fərqli seriyada – GT, NASCAR və Formula 4-də yarışıblar.
Təmsilçimiz Yaqub Əliyev GT yarışına dördüncü yerdən başlayıb. O, yarışı üçüncü yerdə aparsa da, rəqibi Samir Kadduro onu arxadan vurub və altıncı yerə qədər geriləyib. Buna baxmayaraq, Yaqub GT yarışını beşinci yerdə bitirib.
Daha sonra sürücülər güclərini NASCAR yarışında sınayıblar. Yaqub bu yarışı ikinci yerdən başlayıb. Gənc sürücümüz burada sıralanma turunda pouldan sadəcə 0.001 saniyə geridə qalıb. O, yarış ərzində gərgin mübarizə aparıb və finiş xəttini başladığı kimi – ikinci yerdə bitirib.
Nəhayət pilotlar Formula 4 maşınının sükanı arxasına keçiblər. Yaqub Əliyev çətin sıralanma turu keçirərək, 12-ci yeri tutub. Lakin o, yarışda əzmkarlıq göstərərək, yaxşı geridönüş edib və finiş xəttinu altıncı yerdə keçib.
Beləliklə, Yaqub ümumi turnirdə 122 xal toplayaraq, üçüncü yeri tutub. Birinci yeri 143 xalla Qustas Qrinberqas, ikinci yeri isə 129 xalla Hakon Yokulsson tutub.
Beləliklə, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə yarışan Yaqub Əliyev bu mötəbər turnirdən ölkəmizə bürünc medal gətirib. Kokpit.az saytı olaraq 21 yaşlı pilotumuzu təbrik edirik.
Şərh əlavə et