Cümə günü hava buludlu olacaq, yağış gözlənilir. Temperatur təxminən 20°С olacaq, güclü cənub-qərb küləyi əsəcək. Şənbə günü külək daha da güclənəcək, gündüz yağışlar, göy gurultulu leysanlar olacaq, temperatur 19°С-ni keçməyəcək.
Yarışın baş tutacağı bazar günü isə hava 18°С-ə qədər soyuyacaq və gün ərzində yağıntı ehtimalı 60% təşkil edəcək.
Xatırladaq ki, ötən il birinci və üçüncü məşqlər qismən quruyan trasda keçmişdi, digər sessiyalarda isə hava quru olmuşdu.
Şərh əlavə et