Xəbəri Kokpitdə Oxuyun!

Niderlandda da McLaren sürücülərinin şansı eyni qiymətləndirilir

Bukmeyker kontorları qarşıdan gələn Niderland Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Qarşıdan gələn Zandfort yarışının aşkar favoriti yoxdur – bukmekerlər Oskar Piastri və Lando Norrisin qələbə şanslarını eyni dərəcədə qiymətləndirirlər. Reytinqdə üçüncü yeri Şarl Lekler və Maks Ferstappen bölüşürlər. Onların qələbə şansı McLaren pilotlarının şansından təxminən üç dəfədən çox aşağı qiymətləndirilir.

Oskar Piastri, Lando Norris – 2.40
Şarl Lekler, Maks Ferstappen – 8.00
Corc Rassell – 17.00
Lyuis Həmilton – 23.00 
Fernando Alonso, Kimi Antonelli – 151.00

Çempionatda Oskar komanda yoldaşı Landodan doqquz xal irəlidədir və bukmekerlər onu fərdi hesabda titul uğrunda mübarizənin favoriti kimi göstərirlər. Lakin Norrisin şansları da yüksək hesab olunur. Digər pilotların titul uğrunda şanslarına isə yalnız nominal olaraq mərc qəbul edilir.

Oskar Piastri – 1.60
Lando Norris – 2.20
Maks Ferstappen – 67.00
Corc Rassell – 251.00
Şarl Lekler – 501.00
Lyuis Həmilton – 1001.00

Bukmeyker kontorları Mühəndislər Kuboku ilə bağlı mərcləri qəbul etməyi bir neçə yarışdır ki, dayandırıb…

Elçin Zodorov

Şərh əlavə et