Xəbəri Kokpitdə Oxuyun!

Bottasla Peres Alpine-i rədd ediblər

Rəsmi açıqlamaların hələ də verilməməsinə baxmayaraq, Cadillac-ın gələn mövsüm üçün sürücü heyəti ətrafında şayiələr davam edir.

İddialara görə, artıq bu həftəsonu Zandfortda Valtteri Bottas və Serxio Pereslə müqavilələrin elan olunması mümkündür. Lakin komandanın məsləhətçisi, əfsanəvi sürücü Mario Andretti azarkeşləri yalnız komandanın rəsmi məlumatlarına inanmağa çağırıb.

Bununla belə, ESPN-in məlumatı bu ehtimalları bir qədər də gücləndirib. Mənbənin yazdığına görə, həm Bottasa, həm də Peresə Alpine komandası növbəti mövsüm üçün müqavilə təklif edib, lakin hər iki sürücü bu təklifi rədd edib. Bu isə onların Cadillac ilə razılaşmaya yaxın olduqlarını göstərən dolayı sübut kimi qiymətləndirilir.

Rauf Hacıyev

Şərh əlavə et