Kokpit.az bildirir ki, bu yarış Ukraynanın Müstəqillik Gününə həsr olunub. Deyə bilərsiniz ki, avtoidman hara, triatlon hara?
Bunun səbəbi isə iştirakçıların üç fərqli seriyada mübarizə aparmasıdır. Sürücülər yarışa GT maşınları ilə başlayacaqlar. Sonra NASCAR maşınları ilə oval trasda ikinci mərhələyə çıxacaqlar. Ən sonda isə virtual pilotlar Formula 4 bolidləri ilə ən güclünün kim olduğunu müəyyən edəcəklər.
Qeyd edək ki, yarış ABŞ-ın Phoenix Raceway virtual trasında baş tutacaq və 80 iştirakçı burada ən yaxşı nəticə üçün əllərindən gələni edəcəklər. Turnirə Dünyanın müxtəlif ölkələrindən yarışçılar gəliblər. Yarışın Bakı vaxtı ilə bu gün 21:00-da başlanması gözlənilir.
Xatırladaq ki, 21 yaşlı Yaqub dəfələrlə ölkəmizi beynəlxalq Esport GT yarışlarında təmsil edib və çoxlu uğurlar qazanıb.
Belə ki, Yaqub Əliyev 2020-ci ildə 274-dən çox iştirakçının qatıldığı Toyota Gazoo Racing GT86 zaman yarışının qalibi oldu. 2021-ci ildə keçirilən FIA Gran Turismo SPORT Nation & Manufacture Cup yarışında MDB üzrə 1-ci nəticəyə nail olub.
2021-ci ildə DTF AVTOSPORT-un Gran Turismo SPORT platformasında keçirdiyi çempionatda çempionluq eldə edib.
2022 və 2023-cü illərdə F1 Esports Series Baku Qran prisi zamanı, ən sürətli vaxtı göstərmiş və final yarışında 1-ci gələrək qalib olmuşdur.
2023-cü ildə isə 100 mindən çox iştirakçının qatıldığı Gran Turismo 7 oyun platformasında Dünya üzrə TOP-6 nəticəsinə daxil olan, ilk azərbaycanlı yarışçı olub.
2024-cü ildə isə gənc sürücümüz Beynəlxalq Avtomobil Federasiyasının təşkil etdiyi FİA Motorsport Games yarışında gücünü sınayıb və 100 iştirakçı arasında 30-luğa düşüb.
Şərh əlavə et