Yarışa pouldan başlayan Markes ilk döngədə Bezzekkinin gerisinə düşüb. Çempionatın lideri daha sonra yerini qaytarmaq üçün aqressiv manevr edərkən Bezzekki ilə təmas yaşayıb və bu vəziyyətdən istifadə edən Franko Morbidelli ikinci yerə qalxıb.
Markes 5-ci dövrədə Morbidellini geridə qoyaraq Bezzekkini təqib etməyə başlayıb. O, birinci yer uğrunda mübarizədə 8-ci dövrənin ilk döngəsində hücum etsə də, italiyalı sürücü mövqeyini qoruyub. Buna baxmayaraq, ispan pilot qısa müddət sonra liderliyi ələ alıb və finişə qədər fərqi açaraq qələbəni təmin edib.
Arxalarda güclü performans göstərən Pedro Akosta Morbidellini keçərək, Bezzekkini təqib etməyə başlayıb. Sona 11 dövrə qalmış ilk döngədə Bezzekkini də keçəb gənc ispan sürücü ikinci pilləyə yüksəlib.
16-cı yerdən start alan son Dünya Çempionu Xorxe Martin isə möhtəşəm çıxış edərək, 4-cü yerə qədər irəliləyib.
Mövsümün növbəti yarışı 5–7 sentyabr tarixlərində Barselonada baş tutacaq.
Şərh əlavə et