Corc Rassell çempionatda Oskar Piastri, Lando Norris və Maks Ferstappenə uduzur və 4-cü yerdə qərarlaşıb. O, əlbəttə ki, titulu hədəfləyir, amma bu arzunu həyata keçirmək üçün hələ bir qədər gözləməli olduğunu anlayır.
Artıq Mercedes-də dördüncü mövsümünü keçirən Corc Rassell idmanfakı qəhrəmanlarından danışıb: “Bir dəfə Novakla söhbətim çox şeydə gözümü açdı. O mənə dedi ki, 20 yaşlarında belədüşünürdü: bir gün məşq etməsə, heç nə olmaz. Amma heç vaxt fasilə vermədi və indi buna görə özünə minnətdardır. Çünki gənclikdə qoyduğu zəhmət sayəsində bu gün, 40 yaşına yaxınlaşsa da, hələ də ən yüksək səviyyədə oynaya bilir”.
Rassell hesab edir ki, Formula 1-də fiziki yüklənmə tennis qədər olmasa da, çox yüksəkdir və məşqlərə maksimum diqqət ayırmaq lazımdır: “Mən də 40 yaşımda dünya çempionatında yarışmaq istəyirəm. Alonsonun 44 yaşında hələ də bu səviyyədə çıxış etməsi məni ruhlandırır. Onun necə çalışdığını görürəm və özümün də bunu bacaracağıma inanıram”.
O, həmçinin Şumaxerin Ferrari ilə ilk titulunu 31 yaşında qazandığını xatırladıb: “Mənim indi 27 yaşım var. Şumaxer Benettonla iki titul qazandıqdan sonra Ferrari ilə ilk uğurunu 2000-ci ildə, 31 yaşında əldə etmişdi. Ferrari ilə onun hegemonluğu simvola çevrilmişdu və bu fakt məni ümidləndirir”.
Şərh əlavə et