Dekabr ayında açıqlanmışdı ki, Niderland Qran Prisi 2026-cı ildə sonuncu dəfə keçiriləcək.
Yarışın direktoru Robert van Overdayk verdiyi müsahibədə qarşıdakı mərhələ və gələcək planlardan danışıb: “Deyə bilmərəm ki, bu Qran Prini xüsusi hisslərlə gözləyirəm, amma gələn il bizim üçün doğrudan da sonuncu yarış baş tutacaq. Təəssüratlar, yəqin ki, tam fərqli olacaq.
Düşünürəm ki, sonuncu mərhələ ilk yarışdakı emosiyaların tam əksini yaşadacaq. Hamımız bilirik ki, bu, Niderland üçün nə qədər böyük hadisədir. Amma Formula 1 yoluna davam edəcək, başqa ölkələrə və qitələrə üz tutacaq. Hiss olunur ki, gələn il çox xüsusi olacaq. Bundan sonra Formula 1 uzun illər Niderlanda qayıtmayacaq. Bəlkə də heç vaxt.
Əvvəlcə Formula 1 rəhbərliyi bizim bu qərarımıza məyus olmuşdu, amma səbəbləri də anlayırdılar. Onlar yaxşı bilirlər ki, biz, həmçinin Silverstounla birlikdə, heç bir kənar dəstək almadan yarış keçirən iki unikal mərhələyik. Formula 1-in də bildiyi kimi, bütün xərcləri yalnız üç kiçik şirkət – avtodrom, TIG Sports və SportVibes qarşılayır. Biz bu möhtəşəm tədbiri tamamilə öz riskimizlə təşkil edirik. Buna baxmayaraq, birlikdə çox yaxşı işləyirik və son iki yarışı fantastik etmək istəyirik.
Qərarımıza görə peşman deyilik. Bütün şübhələr artıq geridə qalıb. Müxtəlif fikirlər vardı, amma biz şüurlu seçim etdik və indi yalnız irəliyə baxırıq”.
Şərh əlavə et