Ducati Lenovo Team komandasının pilotu Markes 1:37.35-lik nəticə göstərərək sessiyanı lider tamamlayıb. Onun arxasında isə Red Bull KTM Factory Racing-in gənc ulduzu Pedro Akosta gəlib və o, cəmi 0.008 saniyə fərqlə ikinci yeri tutub. İlk üçlüyü Pertamina Enduro VR46 Racing Team-dən Fabio Di Cannanntonio tamamlayıb.
Sessiyanın ilk beşliyinə baxdıqda mübarizənin olduqca gərgin olduğu görünür: Markes, Akosta və Di Cannanntonionun ardınca Gresini Ducati-dən Fermin Aldeguer dördüncü, Aprilia Racing-dən Marko Bezzekki isə beşinci olub. Liderlə ilk beşlik arasındakı fərq yarım saniyədən az qalıb ki, bu da həftəsonu yarışında yüksək gərginlik vəd edir.
KTM komandası güclü performans nümayiş etdirib. Enea Bastianini altıncı, Xoan Mir yeddinci, Bred Binder səkkizinci olublar. Gresini Ducati-dən Aleks Markes doqquzuncu, Aprilia Racing-dən Xorxe Martin isə onuncu yeri tutublar. Bununla KTM dörd pilotunu ilk səkkizliyğ salmağı bacarıb.
Böyük komandalar arasında isə gözlənilməz geriləmələr müşahidə olunub. İkiqat Dünya Çempionu Françesko Banyaya 18-ci, Yamaha-dan Fabio Kuartararo 15-ci, Aleks Rins isə 20-ci olub. Sessiyanın sonunda isə Pramac Ducati-dən Cek Miller 21-ci sırada qərarlaşıb.
Ümumi mənzərə göstərib ki, Ducati və KTM ön plana çıxıb. Markesin liderliyi və KTM pilotlarının güclü tempi yarışdan əvvəl güc balansının əsasən bu iki istehsalçı arasında olacağını göstərir. Digər tərəfdən Yamaha və Banyayanın zəif tempi komandaların hələ də ideal sazlamaları tapmaqda çətinlik çəkdiyini ortaya qoyub.
Şərh əlavə et