Xəbəri Kokpitdə Oxuyun!

Klassik Avtomobillər bu dəfə Binə Atçılıq Mərkəzində görüşəcəklər!

Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək!

Üç hissədən ibarət olacaq tədbir saat 12:00-da Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi ilə başlayacaq. Daha sonra saat 15:00-da buradan start götürəcək yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.

Yürüşün ardınca saat 18:00-da Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək. Əlavə olaraq tədbir çərçivəsində Minelli, Yusif Eyvazov, Afaq Abbasova və Vittorio Grigolo çıxış edəcəklər.

 

Rauf Hacıyev

Şərh əlavə et