Xəbəri Kokpitdə Oxuyun!

Gələn il bolidlər 400 km/saat sürət yığa bilərlər

Formula-1-in gələn il təqdim olunacaq yeni nəsil bolidləri düzlüklərdə 400 km/saata qədər sürətlənə biləcək.

Bu yüksək göstəricilər elektrik mühərriklərinin gücünün artırılması və təkmilləşdirilmiş aktiv aerodinamikaya görə mümkün olacaq.

“Tam güc istifadə olunanda biz demək olar ki, 400 km/saata çatırıq”, — “Mercedes” komandasının rəhbəri Toto Volffun sözlərindən Auto Motor und Sport gətirir. Aston Martin-in ehtiyat pilotu Felipe Druqoviç isə əlavə edib: “Maşın döngədən elə atılır ki, elə bil raketin içindəsən”.

FIA-nın məlumatına görə, 2026-cı ilin bolidləri indiki maşınlardan daha qısa, daha dar və daha yığcam olacaq. Ön və arxa qanadların forması dəyişəcək, bəzi elementlər yoxa çıxacaq, aktiv aerodinamika isə düzlüklərdə müqaviməti azaltmağa imkan verəcək. Güc qurğularının gücü artırılacaq: ən yaxşı daxili yanma mühərrikləri 575 at gücünə qədər, elektromotorlar isə 475 at gücünə qədər hasil edəcək, bu isə Formula-1 üçün rekord fırlanma anı verəcək.

Döngələrdə sürət daha az asfaltayatma qüvvəsi və dar şinlər səbəbindən azalacaq, amma sürücülər enerji axınına və batareyanın idarəetmə taktikasına daha böyük nəzarət qazanacaqlar.

Elçin Zodorov

Şərh əlavə et