Maks Ferstappen Racingnesw365-ə müsahibəsində deyib:”Vəziyyəti necə düzəltmək olar? Açığı, builki bolidlə çox şey edə bilməzsiniz. Onsuz da böyük su şırnağı yaranır. Trasda əvvəlki maşınlarla müqayisədə daha çox su sıçrayır. Üstəlik, böyük şinlərdən çoxlu su axır. Belə ki, mən artıq Spadan sonra fikrimi bildirmişdim.
Silverstoundakı yarış, yəqin ki, sərhəddə idi — bir az ehtiyatlı olmaq lazım idi. Amma Spada hər şey mənim üçün həddindən artıq ehtiyatlı idi. Digər tərəfdən, çoxlu su sıçrayır və heç nə görmürsünüzsə, onda qaz pedalını bir az buraxa bilərsiniz və ya önünüzdəki boliddən aralana bilərsiniz – əgər hara getdiyinizə əmin deyilsinizsə.
Əksər hallarda böyük qəzalar baş verəndə olan şey budur — pilotlar heç nə görməsələr də, qazdan ayaqlarını çəkmirlər və gərginliyi saxlayırlar, çünki düşünürlər ki, önlərində və ya arxalarında olanlar da eyni şeyi edirlər. Amma bəli, bu, çətindir. Bəzi pilotlar mənim dediklərimin tam əksini deyəcəklər və bu da normaldır. Hər kəsin öz fikri var”.
Şərh əlavə et