Britaniya mətbuatının məlumatına görə, hazırda Italtrans komandası ilə Moto2 üzrə Dünya Çempionatında çıxış edən 21 yaşlı braziliyalı pilot Honda ilə danışıqların son mərhələsindədir və müqavilənin detalları yekunlaşmaq üzrədir. Rəsmi açıqlamanın qarşıdakı günlərdə, böyük ehtimalla həftəsonu keçiriləcək Macarıstan Qran Prisində verilməsi gözlənilir.
Moreiranın LCR-ə qoşulması, ilin əvvəlində MotoGP-yə yüksələn, lakin gözlənilən nəticəni göstərə bilməyən və zədəsi səbəbindən hələ də kənarda qalan Somkiat Çantranın ayrılması deməkdir. Taylandlı sürücünün getməsi ilə birlikdə, Lucio Çekkinenonun komandasında əsas sponsor olan yapon neft şirkəti Idemitsu da layihədən çəkiləcək. Bununla da komandanın Asiya bazarı ilə güclü əlaqələri qırılacaq və MotoGP-nin peletonuna 2007-ci ildən sonra braziliyalı sürücü gələcək. Həmin il MotoGP-də yeddi dəfə “premier class” yarışı qazanmış Aleks Barrostan çıxış etmişdi.
Lakin Moreira bu keçiddə milliyyətinin həlledici amil olduğunu rədd edir: “Əgər MotoGP-yə yüksələcəyəmsə, bu yalnız performansım sayəsində olacaq, milliyyətimə görə yox”.
O, Yamaha Braziliya ilə əlaqələrinin də şişirdildiyini bildirib: “Onlar sadəcə mənə məşq üçün motosiklet verirlər, mövsüm sonunda geri qaytarıram”.
Xəbərlərə görə Moreiranın 2026-cı il üçün iki seçimi olub: Honda və Yamaha. Əvvəlcə Yamaha onu peyk komandası Pramac-a gətirərək, türkiyəli Toprak Razqatlıoğlu ilə komanda yoldaşı etmək istəyirdi. Lakin Honda son anda hərəkətə keçərək, ona baza komandasında yarışmağı təklif edib.
Məlumata görə, Honda-nın təklifi üçillik müqaviləni əhatə edir.
Şərh əlavə et