Xəbəri Kokpitdə Oxuyun!

Mark Markes Macarıstanda yaxşı başlayıb

MotoGP üzrə Macarıstan Qran Prisinin ilk sərbəst yürüş sessiyasını Mark Markes lider tamamlayıb.

Sessiya start götürdükdən sonra ən sürətli dövrə 1:39.724 nəticə ilə Fabio Di Ciannantoniodan gəlib.

Bir qədər sonra Xorxe Martin motosiklet problemi yaşayıb və əsas düzlükdən sonra ilk döngədə çınqılların üzərində dayanıb. Ardınca Raul Fernandesin də problem yaşaması qırmızı bayraqların göstərilməsinə səbəb olub.

Sessiya yenidən başladıqdan sonra Pedro Akosta üçüncülüyə yüksəlib, lakin 1:38.239 nəticə göstərən Mark Markes liderliyi ələ alıb.

Markes nəticəsini yaxşılaşdırarkən, Marko Bezzekki üçüncü sıraya yüksəlib. Bu vaxt Franko Morbidelli 15-ci döngədə yıxılıb və daha sonra pitə qayıdıb.

Nəticədə sessiyanı Mark Markes zirvədə başa vurub, ikinci yerdə Pol Esparqaro, üçüncü pillədə isə Pedro Akosta qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et