Xəbəri Kokpitdə Oxuyun!

Glass Animals F1 üçün səhnəyə çıxacaq

Britaniyanın alternativ pop və elektron musiqi səhnəsinin parlaq ulduzu Glass Animals sentyabrın 20-si Formula 1 Azərbaycan Qran Prisində səhnə alacaq.

Glass Animals “Heat Waves”, “Gooey”, “Life Itself” və “Tokyo Drifting” kimi hitləri ilə milyonlarla dinləyicinin sevgisini qazanıb. Onların sürpriz performansları Coachella və Lollapalooza kimi məşhur festivallarda milyonları heyran edib.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə 4 günlük bilet sahibləri Glass Animals konsertində iştirak edə biləcəklər. Biletinizi indi əldə edin və həm F1 həftəsonunu, həm də unudulmaz musiqi gecəsini qaçırmayın!

Rauf Hacıyev

Şərh əlavə et