Xəbəri Kokpitdə Oxuyun!

Stake F1 Team Kick Sauber müvəqqəti olaraq adını dəyişəcək

Ötən il olduğu kimi, Stake F1 Team Kick Sauber Niderland Qran Prisi günlərində adını dəyişəcək və əsas sponsorlarından biri – Stake şirkətini ondan çıxaracaq.

Kokpit.az xatırladır ki, keçən il Niderland qumar oyunları tənzimləyicisi (KSA) komandanın yerli mərhələdə adında onlayn-kazino operatorunun qeyd olunmasının yolverilməzliyi ilə bağlı bəyanat vermişdi.

Stake şirkətinin Niderlandda fəaliyyət göstərmək üçün lisenziyası yoxdur və onun saytına bu ölkədən oyunçuların daxil olmasına mane olmaq üçün regional blok tətbiq edilir. Lakin KSA hesab edir ki, Stake-in adı komanda vasitəsilə Zandfortda reklam olunmamalıdır.

Bu ilin əvvəlində Niderland onlayn qumar şirkətlərinin reklamını tənzimləyən daha sərt qaydalar tətbiq edib və onların sponsorluq yolu ilə tanıdılmasını qadağan edib. Ölkənin Qumar Oyunları İdarəsi bəyan edib ki, belə reklamlara artıq idmançıların geyimində və ya idman tədbirləri zamanı icazə verilmir — bu qayda birbaşa olaraq Niderland Qran Prisinə təsir edir.

Nəticədə, komanda adını dəyişdirməli olacaq və mövsümün növbəti mərhələsində – Niderland Qran Prisində avtomobildə sponsor Kick adı daha çox vurğulanacaq.

Elçin Zodorov

Şərh əlavə et