Xəbəri Kokpitdə Oxuyun!

Gələn ay Minardi festivalı olacaq

Gələn ay Enzo və Dino Ferrari trasında Minardi (indiki Rafing Bulls) üçün xüsusi festival keçiriləcək.

13 və 14 sentyabr tarixlərində Enzo və Dino Ferrari avtodromunda doqquzuncu dəfə ənənəvi “Minardi Tarixi Günü” festivalı baş tutacaq.

Festival 1979-cu ildə Cankarlo Minardi tərəfindən əsası qoyulmuş və 1985-ci ildən etibarən dünya çempionatında Minardi, Scuderia Toro Rosso, AlphaTauri, RB və indi də Racing Bulls adları ilə çıxış edən komandaya həsr olunub. Lakin tədbir bununla məhdudlaşmır.

Azarkeşləri Formula 1 və digər seriyalara aid nadir avtomobillərin sərgiləri, nümayiş yürüşləri, avtosportla bağlı kitab təqdimatları, müxtəlif əyləncə proqramları və avtoqraf sessiyaları gözləyir.

Rauf Hacıyev

Şərh əlavə et