Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-də Həmiltonu istəmirlər?

Ferrari-nin keçmiş sürücüsü Arturo Merzario bildirib ki, Lyuis Hamiltonun Ferrari-yə transferi tamamilə kommersiya əməliyyatıdır və Maranellodakı işçilərin 90 faizi bu qərarı dəstəkləməyib.

Mercedes ilə 12 il ərzində 6 Dünya Çempionluğu qazanan Həmilton, 2025-ci mövsümünda uşaqlıq arzusu olan Ferrari-yə transfer olunub.

Lakin böyük gözləntilərə baxmayaraq, britaniyalı pilot indiyədək yeni komandası ilə bir dəfə də olsun podium görməyib və Sürücülər Çempionatında 6-cı pillədə qərarlaşıb.

Son Macarıstan Qran Prisində Həmilton 12-ci yerdə finişə çatdığı halda, komanda yoldaşı Şarl Lekler poul qazanıb. Bundan sonra o, “Mən yararsızam, Ferrari pilotunu dəyişməlidir” ifadələrini işlədib.

Arturo Merzario vəziyyəti belə dəyərləndirib: “Mənim fikrimcə, Həmiltonun Maranelloya gəlişi tamamilə kommersiya əməliyyatından ibarət idi.

Bildiyim qədərilə Ferrari-də çalışanların 90 faizi bu qərarı qəbul etmədi. Bir pilot komandanın bir hissəsi olduğunu hiss etmirsə, motivasiyasını itirir. Əgər 0.3-0.4 saniyə qazanırsınızsa, amma yenə də üçüncü yerdə qalırsa, bunun nə mənası var?

Hələ heç nə bitməyib. O, düzgün fürsəti gözləyir.

Məncə, səkkizinci yer üçün riskə girməz. Ayrılmaq istəsə, başqa komanda tapar, çünki artıq nələr edə biləcəyini sübut edib. Amma Şarl Lekler hələ də çempion ola biləcəyini göstərmək məcburiyyətindədir”.

Rauf Hacıyev

Şərh əlavə et