Kokpit.az xatırladır ki. Almaniya son dəfə Formula 1-i 2020-ci ildə qəbul edib. Lakin o zamandan bəri Almaniyada yarış keçirilməyib.
Stefano Domenikali: “Son vaxtlar Almaniya Qran Prisinin keçirilməsi ilə bağlı heç bir danışıqlar aparılmayıb. Biz dialoqa hazırıq və burada əsas məsələ pul deyil, promouterin real marağını görməkdir. Biz bilməliyik ki, bunu kiminlə müzakirə edə bilərik.
Almaniya Formula 1 təqvimində yerə layiqdir. Əgər kimsə həqiqətən maraqlıdırsa, mənimlə əlaqə qurmağın yolunu tapacaq. Amma vaxt gözləmir. Bizim uzun siyahımız var. Həm şirkətlər, həm də ölkələrin baş nazirləri və kralları… Onlar mütləq yarış keçirmək istəyirlər”.
Qeyd edək ki, Almaniya Formula 1 üçün vacib ölkələrdəndir. Oradan Mixael Şumaxer, Sebastyan Fettel və Niko Rosberq kimi Dünya Çempionu pilotlar çıxıb.
Şərh əlavə et