Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan Apple-in reytinqində yüksəlib

Azərbaycan artıq Apple şirkəti üçün ikinci dərəcəli ölkədir.

Artıq uzun illərdir ki, Azərbaycanda Apple şirkətinin məhsulları geniş formada istifadə edilir. Buna baxmayaraq, Apple şirkətinin məhsulları ən yaxşı halda təqdimatdan 1 aydan sonra ölkəmizə gəlib çıxırdı. Lakin artıq o günlər geridə qalır.

Bu barədə Apple şirkətinin Azərbaycandakı texniki nümayəndəsi Asif İbrahimov danışıb: “Apple şirkəti ilə illərlə qurduğumuz güclü əməkdaşlıq və rəsmi texniki nümayəndə olaraq fəaliyyətimizin nəticəsi olaraq çox önəmli bir nailiyyətə imza atmışıq.

9 il ərzində Apple ilə saysız layihələri uğurla həyata keçirməyimiz və operativliyimiz, ölkəmizin Apple qarşısında statusunu dəyişdirdi.

Artıq Azərbaycan, Apple-in 3-4-cü dərəcəli ölkə siyahısından 2-ci dərəcəli ölkə siyahısına yüksəlib.

Bunun ən böyük nəticəsi isə budur: Yeni iPhone modelləri rəsmi olaraq ölkəmizə daha tez göndəriləcək. Yəni ABŞ və birinci dərəcəli bir neçə ölkədə satış başladıqdan sonra, Azərbaycan da dərhal rəsmi satış ölkələri sırasına qoşulacaq.

Bu, təkcə texnologiya baxımından deyil, həm də ölkəmizin dünyada tanınması və nüfuzu üçün çox ciddi bir addımdır”.

Rauf Hacıyev

Şərh əlavə et