Xəbəri Kokpitdə Oxuyun!

Sauber LBX ilə tərəfdaşlıq qurub

Sauber komandası yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.

Sauber komandası Libertex qrupuna daxil olan LBX şirkətini rəsmi onlayn-treydinq tərəfdaşı kimi salamlayıb. Bu əməkdaşlıq komandanın Libertex Group ilə genişlənən münasibətlərinə əsaslanan kommersiya fəaliyyətində yeni bir mərhələnin başlanğıcıdır. Müqavilənin müddəti 2025-ci il mövsümünün sonuna qədər davam edəcək.

Sauber-in kommersiya direktoru Stefano Battiston deyib: “LBX-in Stake F1 Team KICK Sauber ailəsinə qoşulmasından ötrü qürur duyuruq. Onların uzaqgörən yanaşması və texnoloji mükəmməlliyə can atması onları ideal tərəfdaş edir”.

Rauf Hacıyev

Şərh əlavə et