Xəbəri Kokpitdə Oxuyun!

Real yarışlarla simulyator yarışları birləşir

FIA real yarışlarla virtual yarışları birləşdirmək qərarı alıb və ilk belə eksperiment gələn ay İsveçdə keçiriləcək kartinq üzrə Dünya Çempionatının mərhələsi zamanı reallaşacaq.

Yarışların təşkilatçısı İsveçin milli avtosport federasiyası Svenska Bilsportförbundet olacaq. Bu layihə real yarışlar ilə Esports-un arasında körpü yaratmaq cəhdi kimi qiymətləndirilir. Əlbəttə, kartinq üzrə dünya çempionatının növbəti mərhələsi həftəsonunun əsas tədbiri olacaq, simulyatorlarda keçiriləcək yarışlar isə proqramda dəstək yarışı kimi yer alacaq.

2023-cü ildən etibarən belə yarışlar rəsmi olaraq avtoidman tədbirləri biri kimi tanınıb və FIA-nın Beynəlxalq İdman Məcəlləsinə daxil edilib. Bu yarışlar federasiyanın himayəsi altında beynəlxalq səviyyədə uğurla keçirilir.

FIA-nın başlanğıc səviyyəli yarışlar üzrə direktoru Vinsent Karo bildirib: “Kartinq yarışlarının Esports-la birləşdirilməsi 2025-ci il dünya çempionatının bir hissəsidir. Bu, federasiyanın avtoidmanla məşğul olmaq imkanlarını genişləndirmək istiqamətindəki səylərini nümayiş etdirir.

İsveç federasiyasının iştirakçılar üçün hazırlayacağı bütün avadanlıqlar həftəsonu ərzində işlək vəziyyətdə olacaq. Bu isə o deməkdir ki, virtual yarışlara maraq göstərən azarkeşlər və tamaşaçılar onu pulsuz sınaqdan keçirə biləcəklər.

Belə yanaşma FIA-nın himayəsi altında keçirilən yarışların tamaşaçılar üçün daha da cəlbedici olmasına xidmət edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et