Xəbəri Kokpitdə Oxuyun!

RB17 F1 bolidindən daha sürətlidir

Red Bull-un istehsal etdiyi Hiperkar RB17 simulyator nəticələrinə görə builki bolid RB21-dən daha sürətli olub.

Red Bull-un simulyator sınaqları göstərib ki, yeni RB17 hiperkari Formula 1-də istifadə olunan RB21-dən daha sürətlidir. Bu nəticə aerodinamik səmərəlilik, güclü atmosfer mühərriki və 900 kq-dan az çəki sayəsində əldə olunub.

Red Bull Advanced Technologies-in texniki direktoru Rob Qrey bildirib: “RB17 simulyatorda Formula 1 maşınından daha sürətlidir. Spa trasında dövrəni 1:38-də qət edir. Bu isə cari mövsümdəki poul vaxtından təxminən iki saniyə yaxşıdır”.

RB17-dən cəmi 50 ədəd istehsal ediləcək. Lakin avtomobildən ictimai yollarda istifadə qadağandır. Həmçinin təhlükəsizlik səbəblərinə görə mühəndislər maksimal sürəti məhdudlaşdırmalı olublar.

Rauf Hacıyev

Şərh əlavə et