Kokpit.az xatırladır ki, “qırmızılar” 2025-ci il mövsümünün ilk hissəsində texniki baxımdan müəyyən çətinliklərlə üzləşib. Komanda üçün ən kritik məqam isə Çin Qran Prisində altlıq yeyilməsi səbəbindən gələn diskvalifikasiya olub.
Həmin vaxtdan sonra xüsusilə cod asfaltlı traslarda problemlər daha qabarıq şəkildə üzə çıxıb və komanda bolidin sazlanmasında güzəştə getməli olub.
Frederik Vassyör: “McLaren xüsusilə çox isti və yağışlı hava şəraitində təkərə nəzarətdə mükəmməldir. Çindəki diskvalifikasiyalar planlarımızı bir qədər alt-üst etdi. Bolidin yerdən hündürlüyündə təhlükəsizlik payı saxlamaq məcburiyyətində qaldıq.
Hamımız bilirik ki, bu bolidlər yerdən hündürlüyə qarşı olduqca həssasdır. Hər millimetr start düzülüşündə bir mövqe deməkdir. Əgər bolidin hündürlüyünü tam nəzarətdə saxlaya bilmirsinizsə, bu, rəqabət qabiliyyətinə təsir göstərir.
Problemi həll etməyə çalışarkən başqa mövzularda diqqət yayılır: Sıralama turu üçün təkər hazırlığı, isinmə dövrələri və digər məsələlər…
Bu günlərdə hər şey aerodinamik sabitlik üzərində qurulub. Son iki ildə asfaltayatmadab çox idarəolunmaya və öncədən proqnozlaşdırıla bilməyə fokuslanmışıq”.
Şərh əlavə et