Bu rəqəm xüsusilə ilin birinci rübündəki 403 milyon dollarla müqayisədə təsiredici görünür. Gəlirlərin bu qədər sürətlə artması bir neçə amilin birgə təsiri ilə izah edilib: autodromlarla müqavilələr, sponsor gəlirləri, həmçinin F1 The Movie filminin böyük kommersiya uğuru.
Bred Pittin baş rolda çəkildiyi və iyunun sonunda nümayişə girən filmin dünya prokatında artıq təxminən 590 milyon dollar topladığı bildirilir və bu məbləğin artacağı gözlənilir, çünki 22 avqustdan etibarən film rəqəmsal platformalarda yayımlanmağa başlayacaq.
“Bu mövsüm bir neçə komanda və sürücünün çox yüksək səviyyədə çıxış etməsi sayəsində möhtəşəm yarışlarla yadda qalır, – deyə Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali bildirib. – Apple Studios-un filmi də premyerası ilə böyük səs-küy yaradıb və bütün striminq layihələri arasında rekord gəlir gətirən layihəyə çevrilib…
Bu kimi mədəniyyət hadisələri, eləcə də traslarda gedən həyəcanlı mübarizə auditoriyanın artım tendensiyasını gücləndirir, burada sosial şəbəkələrin və rəqəmsal platformaların, xüsusən Formula 1-in rəsmi kanallarının rekord göstəricilərinin rolu da çox müsbət qiymətləndirilir. Komandalarımızın, tərəfdaşlarımızın və bütün yarış icmasının səyi nəticəsində Formula 1 həm trasda, həm də trasdan kənarda möhtəşəm temp yığır”.
Komandalara verilən mükafatların həcmi əvvəlki mövsümdə göstərilən nəticələrə uyğun şəkildə razılaşma üzrə hesablanır. Ümumilikdə ilin ilk altı ayında Formula 1 iştirakçılara 627 milyon dollar ödəyib.
Ekspertlərin hesablamalarına görə, McLaren təxminən 88 milyon dollar, 2024-cü ildə Konstruktorlar Kubokunda 10-cu yeri tutmuş Sauber isə 37 milyondan çox məbləğ alıb. Filmin premyera təsiri ikinci rübün göstəricilərinə müsbət təsir etsə də, Liberty Media bildirib ki, adətən olduğu kimi, yay fasiləsinə görə üçüncü rübdə gəlirlər bir qədər aşağı düşə bilər…
Şərh əlavə et