Xəbəri Kokpitdə Oxuyun!

Ferrari sürücüləri fərqli düşünürlər

Lyuis Hemilton hazırda yay tətilini ABŞ-ın Kolorado ştatının dağlarında yerləşən bağında keçirir. Təbii mənzərələrin müşahidəsi ona həm düşüncələrini qaydaya salmağa, həm də uğursuz nəticələrdən sarsılan psixoloji balansını bərpa etməyə kömək edir.

Bu vaxt bütün avtoidman mətbuatı onun Ferrari ilə münasibətlərini müzakirə edir. Son nəticələr gözləniləni vermir və Həmilton Belçika Qran Prisində komandasına iki sənəd göndərdiyini açıqlamışdı. O, həmin sənədlərdə problemlərə diqqət çəkib və nəticələrin yaxşılaşması üçün struktur dəyişikliyinin zəruriliyini vurğulayıb: “Komandaya bəzi məsələlərlə bağlı iki sənəd göndərmişəm. Bunların bir hissəsi sistemli xarakter daşıyır və hesab edirəm ki, daha yaxşı nəticə üçün müəyyən struktur dəyişiklikləri edilməlidir”.

Onun sözlərinə görə, bu sənədlərdə sərt tələblər yox idi, sadəcə ideyalar təqdim olunmuşdu: “Əmr yox idi. Sadəcə, ‘bəs belə etsək necə olar? Bu addımı sınamışıqmı? Bəlkə bu halda bəzi məsələləri daha rahat həll edə bilərdik?’ kimi təkliflər idi. Əsas məqsəd dialoqu davam etdirmək idi. Fred Vassyör və bütün komanda buna müsbət yanaşdı”.

Komandada vəziyyətə gəldikdə isə Şarl Lekler komanda yoldaşı Həmiltondan daha yaxşı nəticələr göstərib. Mövsümdə beş podium qazanıb və Macarıstanda poul əldə edib. Amma yarışda ilk üçlükdən kənarda qalıb.

Lekler mətbuatla söhbətdə fərqli üslubda işlədiyini vurğulayıb: “Mən heç bir sənəd hazırlamıram, amma Maranelloya gedəndə komanda ilə iclaslarda iştirak edirəm. Hər pilotun komanda ilə ünsiyyət tərzi fərqlidir. Mənim metodum Lyuinsinkindən başqadır, amma bu, proseslərdən kənarda qalmağım demək deyil. Mən tam şəkildə işin içindəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et