Xəbəri Kokpitdə Oxuyun!

B.Ekklstoun Piastriyə inanır

Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, o, Oskar Piastrinin çempionluğuna pul qoyub.

Mövsümün ilk 14 mərhələsindən sonra Oskar Piastri hələ də çempionata liderlik edir və komanda yoldaşı Lando Norrisdən 9 xal öndədir.

Bu səbəbdən Niderland Qran Prisindən sonra vəziyyət dəyişə bilər. Xatırladaq ki, ötən il məhz Zandfortda Norris inamlı qələbə qazanmış və Maks Ferstappenə 23 saniyədən çox fərq atmışdı.

İndi isə mübarizə titul uğrunadır və şübhə yoxdur ki, Lando həmin uğuru təkrarlamaq üçün əlindən gələni edəcək. Amma Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun inamla bildirir ki, bu il çempion OskarPiastri olacaq: “Cəmi üç yarışdan sonra mən avstraliyalının çempionluğuna pul qoymuşam! O, öz yolu ilə gedir, hər şeyi fərqli edir və Norrisə nisbətən psixoloji üstünlüyə malikdir”.

Qeyd edək ki, ötən ilin payızında da Ekklstoun Piastrinin bütün çempion keyfiyyətlərinə sahib olduğunu söyləmişdi. Onun çempionatda ən sevimli debütantı isə braziliyalı Qabriel Bortoletodur

Berni Ekklstoun: “Bortolettonun Sauber kimi orta səviyyəli komandada göstərdiyi nəticələr Ferrari-ni oyatmalıdır. Bu braziliyalı italiyan komandası üçün gələcək sürücü seçimində kömək etməlidir”.

Bu sözlər Ekklstounun Lyuis Həmiltonun Ferrari-dəki perspektivlərinə o qədər də inanmadığını bir daha göstərib.

Rauf Hacıyev

Şərh əlavə et